17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İcra hakimiyyətinin tabeliyindəki qurum komitəyə həvalə edilib - Fərman
Tarix: 02-08-2018 01:14 | Bölmə: Cəmiyyət
İcra hakimiyyətinin tabeliyindəki qurum komitəyə həvalə edilib

Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanda deyilir.

Fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.

Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təklifləri üç ay müddətində hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}