Xanəndənin meyiti Qarabağ kanalından tapılıb - Yenilənib
Tarix: 02-08-2018 12:04 | Bölmə: Cəmiyyət
Xanəndənin meyiti Qarabağ kanalından tapılıb

Ötən gün yol qəzasına düşərək ölməsi barədə məlumat yayılan gənc xanəndə Novruz Hüseynovun meyiti tapılıb.

Xanəndənin cəsədi bu gün səhər saatlarında Qarabağ kanalında aşkar edilib. Mərhumun nəşi müayinə olunması üçün müvafiq quruma təhvil verilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Xatırladaq ki, ötən gün N. Hüseynovla birlikdə toy mərasimindən qayıdan xanəndə Miryusif Mirizadənin də bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Daha əvvəl isə hər iki xanəndənin yol qəzasında öldüyü barədə məlumat yayılmışdı.

Xatırladaq ki, N. Hüseynov və M.Mirizadə 2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi”nin iştirakçıları olublar.(Azvision.az)
==
Novruz Hüseynovun ölüm səbəbi açıqlanıb. Ekspertizaya göndərilən meytin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun su kanalında boğularaq öldüyü bildirilir.

Hadisə ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}