Yüksək bal toplayan bəzi abituriyentlər ali məktəblərə qəbul olunmaya bilər
Tarix: 09-08-2018 15:42 | Bölmə: Cəmiyyət
Yüksək bal toplayan bəzi abituriyentlər  ali məktəblərə qəbul olunmaya bilər

Builki qəbul imtahanlarında iştirak edən və yüksək bal toplayan abituriyentlərə də problem yarana bilər.

Təhsil üzrə ekspert Kamran Əsədov deyib ki, bu il ixtisas seçimi prosesində yanlışlığa yol verən xeyli abituriyent kənarda qala bilər.

K. Əsədovun sözlərinə görə, hazırda Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçrilən bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrinin sayı, müsabiqəyə buraxılanlar və plan yerləri belədir:

I qrup 10928 (Az bölməsi), 1085 (rus bölməsi), 12013 (cəmi) (Müsabiqəyə buraxılanların sayı 16649 nəfər) (Plan yeri 14475)

II qrup 8146 (Az bölməsi), 873 (rus bölməsi), 9019 (cəmi) (Müsabiqəyə buraxılanların sayı 11698 nəfər) (Plan yeri 13395)

III qrup 9447 (Az bölməsi), 754 (rus bölməsi), 10201 (cəmi) (Müsabiqəyə buraxılanların sayı 14143 nəfər) (Plan yeri 10601)

IV qrup 2811 (Az bölməsi), 278 (rus bölməsi), 3089 (cəmi) (Müsabiqəyə buraxılanların sayı 4079 nəfər) (Plan yeri 3315)

V qrup 2287 (Az bölməsi), 293 (rus bölməsi), 2580 (cəmi).

K. Əsədov deyib ki, hazırki məlumata görə, bütün ixtisas qrupları üzrə 31332 abituriyent Azərbaycan bölməsi, 2990 rus bölməsi, ümumilikdə 36717 abituriyent ixtisas seçimini edərək elektron ərizəsini təsdiqlədib. Abituriyentin ixtisas seçimi üçün elektron ərizə qəbulunun başa çatmasına isə 5 gün qalıb:

"Hamı 2017-ci ilin balına baxıb özünü tələbə hiss edir, amma ayın 16-sı böyük əksəriyyət məyus ola bilər. Dəfələrlə çağırış etdik ki, ötənilki nəticələrə baxıb seçim etməsinlər. Amma təəssüf ki, hamı özündən yuxarı ballı yerləri yazıb. Bu, ciddi yalnışlıqdır. Çünki ilk növbədə abituriyentlər 2017-ci ildə o balın formalaşmasnda iştirak edən abituriyentlərin sayını bilməli, 2017-ci ildəki plan yerlərinin saynı bilməli və bunu 2018-ci illlə müqayisə etdikdən sonra ixtisas seçimi etməlidir. 2017-ci illə 2018-ci il arasında 1-3-4 cü qruplarda yüksək bal tooplayan abituriyentlrin sayında ciddi artım fərqi var. Bu səbəbdən də əksər abituriyentlər ötən ilə nəzərən seçim etməkdə yanılıblar".

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}