16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Sərhəddə külli miqdarda narkotik maddə aşkarlanıb - Əməliyyat
Tarix: 11-08-2018 11:01 | Bölmə: Cəmiyyət
Sərhəddə külli miqdarda narkotik maddə aşkarlanıb

Azərbaycan-İran sərhədində dövlət sərhədinin pozulmasının qarşısı alınıb, külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Reyting.az
Dövlət Sərhəd Xidmətinə (DSX) istinadla xəbər verir ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Bu ilin avqust ayında DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində sərhədboyu zona ərazisində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, həmçinin 1 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Birinci hadisə avqustun 3-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti sahəsində baş verib. Qabaqlayıcı əməliyyat məlumatı əsasında Cəlilabad rayonu Suluçeşmə kəndinin yaxınlığında “Pusqu” sərhəd naryadının xidməti təşkil olunub. Saat 01:30 radələrində "VAZ-2172" markalı 99-GL-017 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin həmin əraziyə yaxınlaşması, avtomobildən düşən 1 nəfər şəxsin yol kənarından ağ rəngli bağlamanı götürməsi müşahidə olunub. Həmin şəxs sərhəd naryadı tərəfindən təqib edilərək yaxalanıb, əlindəki bağlamada 3 kq tiryək aşkar olunub. Saxlanılmış şəxsin Azərbaycan Respublikasının vətəndaşı Cəlilabad rayonunun sakini, 1987-ci il təvəllüdlü Baxşəliyev Xəyal Əli oğlunun olması müəyyən edilib.

İkinci hadisə avqustun 8-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən qeydə alınıb və sərhəd zastavasına məruzə olunub. Sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandası ilə qaldırılıb və hadisə yerinə hərəkət edilib. İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq mühəndis-texniki çəpərə doğru hərəkət edən 1 nəfər şəxs saxlanılıb. Şəxsiyyətini təsdiq edən heç bir sənədə malik olmayan sərhəd pozucusu İran İslam Respublikasının vətəndaşı, 1996-cı il təvəllüdlü Əli Abdullanicat Soltanhüseyin olmasını bildirib, üzərində 1 ədəd mobil telefon, 2 800 000 İİR rialı, 1 ədəd kəsici bıçaq, 1 ədəd qızıl üzük və 1 ədəd bankomat kartı aşkar olunub.

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}