16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakıdakı kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır
Tarix: 13-08-2018 11:10 | Bölmə: Cəmiyyət
Bakıdakı kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır

Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev prospekti 82 ünvanında yerləşən “Tonqal” restoranında avqustun 11-də baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı daxil olmuş məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində dərhal operativ işçi qrupu yaradılıb.

Reyting.az
-ın xəbərinə görə, Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Mansur Piriyev deyib ki, hadisənin baş verdiyi restoranda, zəhərlənən şəxslərin yerləşdirildiyi Klinik Tibbi Mərkəzdə və 2 saylı Uşaq Kliniki Xəstəxanasında araşdırmalar aparılır:

“İlkin məlumatlara əsasən, axşam saat 20:00 radələrində “Tonqal” restoranında iki ayrı masada qidalanan müxtəlif ailə üzvlərində bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş verib. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər zəhərlənib.

Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülüb və aidiyyatı üzrə laboratoriyaya göndərilib. İlkin araşdırmalara görə, zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməmiş ət və ət məhsullarından hazırlanan qidalar olub.

Bundan əlavə, hadisənin baş verdiyi “Tonqal” restoranında müvafiq epidemoloji araşdırmalar aparılıb, bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən olunub və faktla bağlı protokol tərtib edilib”.

M.Piriyev bildirib ki, araşdırmalar davam etdirilir:

“Araşdırmanın nəticəsi ilə bağlı geniş məlumat ictimaiyyətin diqqətinə çatdırılacaq”.

M.Piriyev qeyd edib ki, zəhərlənən 13 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılıb, 2 nəfər azyaşlının müalicəsi isə 2 saylı Uşaq Kliniki Xəstəxanasında davam etdirilir. Hazırda onların vəziyyəti qənaətbəxşdir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}