16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Aşura məclisləri məscidlərdə keçirilməlidir - Mübariz Qurbanlı
Tarix: 11-09-2018 17:37 | Bölmə: Cəmiyyət / Xəbərlər
Aşura məclisləri məscidlərdə keçirilməlidir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda keçirilən konfransda çıxış edib.

M. Qurbanlı deyib ki, Azərbaycanda dövlət dinin işinə qarışmır, dinin qəbul etdiyi fətvalar da vətəndaşlar üçün icbari xarakter daşımır.

Komitə sədrinin sözlərinə görə, istər İslam, istərsə də qeyri-islami dini olsun, dövlət dini mərasimlərin necə keçirilməsinə, din də dövlət siyasətinə müdaxilə etmir:

“Bizdən kənar ölkədə hansısa bir fətva verilirsə, bu, bizə şamil edilə bilməz. Azərbaycanda yalnız Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvalara əməl olunur”.

M. Qurbanlı əlavə edib ki, kənardan kimsə nəsə görüb gətirib Azərbaycanda tətbiq etməməlidir:

“Birincisi, qanun buna imkan vermir. Biz öz yolumuzla gedirik. Bizim üçün dövlət müstəqilliyimiz, azərbaycançılıq ideologiyası müqəddəsdir, dinimiz bizim mənəvi dəyərlərimizdir və biz bunu qorumalıyıq.

Məhərrəm ayı başlayır və bütün tədbirlər, o cümlədən Aşura yalnız QMİ-nin fətvası əsasında keçirilməlidir, vətəndaşlarımız da qanundankənar hərəkətlərə yol verməməli, bütün tədbirlər məscidlərin içərisində olmalı, kənar atributlar məscidlərə gətirilməməlidir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}