86 yaşlı kişi “Azəriqaz”ın dərəbəyliyi ilə üzləşib - Şikayət
Tarix: 12-09-2018 19:15 | Bölmə: Cəmiyyət / Xəbərlər
86 yaşlı kişi “Azəriqaz”ın dərəbəyliyi ilə üzləşib

Ağstafa rayonu, Köhnəqışlaq kəndində yaşayan, 86 yaşlı atam, Məhəmmədəli Məmmədova “Azəriqaz” İstehsalat Birliyindən sayğaca "müdaxilə" adıyla 963 manat 87 qəpik cərimə aktı təqdim olunub.

Atam cərimə aktı ilə razılaşmayaraq cərimə aktının ləğvinə dair 4 ay əvvəl Ağstafa Rayon Məhkəməsində “Azəriqaz”a qarşı iddia qaldırıb. İş hakim İlqar Əliyevin icraatındadır.

Sentyabrın 11-də altıncı proses müxtəlif bəhanələrlə təxirə salınıb. Sonuncu bəhanə yenidən ekspertiza keçirilməsi ilə bağlı "məsləhət" olub.

Hakim cürət edib vətəndaşın “Azəriqaz”a qarşı haqlı iddiasını təmin edə bilmir. Nəticədə 86 yaşlı kişi bürokratik əngəllərlə süründürməçiliyə məruz qalıb.

Atamın dediyinə görə, üzləşdiyi qanunsuzluq və süründürməçiliklə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət edəcək.

Şakir Məmmədov




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}