Təhsildə elektronlaşma genişlənəcək - Nazir
Tarix: 12-09-2018 22:08 | Bölmə: Cəmiyyət
Təhsildə elektronlaşma genişlənəcək

“Elektron sistemin tətbiq olunması nəticəsində valideynlərin təhsilə qeydiyyat baxımından yanaşma xüsusiyyəti fərqlənib”.


Reyting.az-ın məlumatına görə, bunu Bakı şəhəri təhsil işçilərinin ənənəvi təhsil konfransında çıxış edən təhsil naziri Ceyhun Bayramov elektron qeydiyyat məsələlərindən danışarkən deyib. C. Bayramov qeyd edib ki, bu, təhsilin idarə edilməsi prizmasından, düzgün idarəetmə qərarlarının qəbul edilməsi baxımından çox vacibdir.

Nazir bildirib ki, bu müsbət təcrübəni nəzərə alaraq, bu ildən etibarən elektron qeydiyyat artıq Sumqayıt və Gəncə şəhərləri, o cümlədən, Abşeron rayonunda aparılır: "Növbəti illər ərzində biz bu təşəbbüsün coğrafiyasının genişləndirilməsi istiqamətində müvafiq addımlar atacayıq”.

Nazir diqqətə çatdırıb ki, bu ildən ilk dəfə olaraq məktəbəhazırlıq qruplarında da elektron qeydiyyat prosesi ilə qəbul aparılıb və bu proses növbəti illərdə genişlənəcək.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}