Buraxılış və qəbul imtahanlarında dəyişiklik olacaq - Ceyhun Bayramov
Tarix: 14-09-2018 10:35 | Bölmə: Cəmiyyət
Buraxılış və qəbul imtahanlarında dəyişiklik olacaq

"Təhsildə keyfiyyət ili”ndə əldə olunan nailiyyətlər ümid etməyə əsas verir ki, qarşıdan gələn növbəti dərs ilində də düzgün seçilmiş strategiya bizə öz hədəflərimizə çatmaqda kömək edəcək”.

Reyting.az
xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

C. Bayramov bildirib ki, Təhsil Nazirliyi tərəfindən "Təhsildə keyfiyyət ili”ndə əldə olunan müsbət dinamikanın qorunub saxlanılması və mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab olunub.

Nazir əlavə edib ki, hazırda Dövlət İmtahan Mərkəzi ilə sıx əlaqəli şəkildə gələn ilki qəbul imtahanlarının yeni formatı istiqamətində əməkdaşlıq edilir: “Qısa olaraq yeni modelin mahiyyəti bundan ibarətdir ki, abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq. Belə ki, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər”.

C. Bayramov əlavə edib ki, yeni modelə əsasən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən məzunlar daha az sayda fəndən imtahan verəcək və verdikləri hər bir imtahanın onların həyatına təsiri olacaq:
“Əvvəlki illərdə məzunlar eyni fəndən 2 dəfə imtahan verməli olsalar da, bu imtahanlardan yalnız qəbul imtahanı məzunun gələcək həyatına təsir edirdi.

Əvvəlki illərdə olduğu kimi, imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}