16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Moldova Rusiya qoşunlarını öz ərazisindən çıxarmağa çalışır
Tarix: 29-09-2018 09:15 | Bölmə: Dünya
Moldova Rusiya qoşunlarını öz ərazisindən çıxarmağa çalışır

Moldovanın baş naziri Rusiyanı qoşunlarını onun ərazilərindən çıxarmağa çağırıb.

Baş nazir Pavel Filip bu çağırışı BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı edib.

Rusiya silahlı qüvvələrinin Moldova ərazisində mövcudluğunu pisləyən baş nazir, cari ilin iyun ayında BMT Baş Assambleyasının bütün xarici silahlı qüvvələrin Moldova ərazisindən çıxarılması barədə qəbul etdiyi qətnaməni xatırladıb.

Pavel Filip bildirib ki, Rusiya əvvəlki kimi Dnestryanı bölgəsində konstitusiyaya əsaslanmayan hərbiləşdirilmiş hakimiyyət strukturu birləşmələrinin iştirakı ilə hərbi təlimlər keçirir. O, Moskvaya öz silahlı qüvvələrini Moldva ərazisindən çıxarmağa dair üzərinə götürdüyü öhdəlikləri xatırladıb.

Hökumət başçısı Dnestryanı münaqişənin mövcud "5+2" formatı çərçivəsində sülh yolu ilə nizamlanacağına ümid etdiyini bildirib.

Pavel Filip qeyd edib ki, sülh yolu ilə həll Moldova Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında baş tutmalıdır.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}