16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
PKK-ya maliyyə yardımı edən iş adamı saxlanılıb
Tarix: 04-10-2018 18:07 | Bölmə: Dünya
PKK-ya maliyyə yardımı edən iş adamı saxlanılıb

Atatürk Hava Limanında keçirilən əməliyyatla PKK-nı Avstriyadan maliyyə ilə təmin etdiyi və təşkilata maddi yardım etdiyi bildirilən H.T. adlı iş adamı həbs edilib.

Reyting.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, yaxalanan şəxsin üzərindən təxminən 180 min lirə çıxıb.

İstanbul Terrorla Mübarizə İdarəsinin briqadaları, Avstriyada terror təşkilatı PKK-nı maliyyə ilə təmin etdiyi və təşkilata maddi yardım etdiyi iddia edilən bir iş adamının Avstriyanın paytaxtı Vyanaya gedəcəyi məlumatı üzərində iş başlayıb.

Polis briqadaları oktyabrın 2-də axşam Atatürk Hava Limanında əməliyyat keçirib. Aparılan əməliyyatda H.T. yaxalanaraq saxlanılıb. Şübhəlinin üzərindən 2 min 666 ABŞ dolları, 19 min 415 avro, 240 frank, 95 funt-sterlinq, 10 min 860 lirə pul ələ keçirilib.

Şübhəli H.T.nin PKK KONGRAGEL həmsədri Rəmzi Qartal ilə rabitəsinin olduğu və MEDNUÇE TV kanalında verilişlərdə iştirak etdiyi ortaya çıxıb.

Vətən Küçəsində yerləşən Terrorla Mübarizə Şöbəsini qərargahındakı əməliyyatları tamamlanan H.T. bu gün ədliyyəyə sövq edilib. Şübhəli H.T. çıxarıldığı məhkəmə tərəfindən xaricə çıxışına qadağa qoyularaq 100 min lirə girov ödəmək şərti ilə azad buraxılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}