Nobel mükafatını satan fizik öldü
Tarix: 06-10-2018 18:38 | Bölmə: Dünya
Nobel mükafatını satan fizik öldü

Səhiyyə xərclərini ödəmək üçün Nobel mükafatını satan amerikalı fizik Leon Lederman 96 yaşında həyatını itirib.

Reyting.az xəbər verir ki, amerikalı fizik Leon Lederman ın 37 illik həyat yoldaşı Ellen Carr Lederman açıqlamasında, elm adamının İdaho əyalətinə bağlı Rexburgdaki bir qocalar evində iki gün əvvəl həyatını itirdiyini bildirib.

Leon Lederman 1988-ci ild "myuon neytrino" adı verilən atom altı hissəciklərin kəşfində oynadığı rola görə Nobel fizika mükafatı kazanıb.

Mükafatını digər iki elm adamı ilə bölüşən Lederman, mükafatdan payına düşən pulla kiçik bir ev alıb.

Lederman Nobel mükafatını 2015-ci ildə səhiyyə xərclərini qarşılamaq üçün açıq satışa çıxarıb.

Mükafat 765 min dollara satılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
18-03-2024, 10:41 Niger İrana uran verir?

{sape_links}{sape_article}