Kurort adasında təbii fəlakət: Ölənlər var
Tarix: 10-10-2018 17:27 | Bölmə: Dünya
Kurort adasında təbii fəlakət: Ölənlər var

İspaniyanın Mayorka kurort adasında daşqın nəticəsində ən azı 10 nəfər həlak olub, 6 nəfər itkin düşmüş sayılır.

Reyting.az xəbər verir ki, bu barədə yerli fövqəladə vəziyyət xidməti məlumat yayıb.

Ölənlərin meyitləri Arta və Sillot şəhərlərində aşkar olunub.

Qeyd edilir ki, onların arasında iki əcnəbi – britaniyalı da var.

Ən çox zərər çəkən yer Sant-Lorens-des-Kardasar hesab olunur.

Bir neçə saat ərzində bura hər kvadrat metrə düşən yağıntının miqdarı 220 litrə yaxın olub.

Güclü yağışların yağması səbəbindən kiçik çaylardan biri məcrasından çıxıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}