Toyda bomba partladı: Ölənlər var
Tarix: 13-10-2018 13:20 | Bölmə: Dünya
Toyda bomba partladı: Ölənlər var

Əfqanıstanın şərqindəki Lohar əyalətində toy mərasimi zamanı bomba partlaması nəticəsində ən azı 5 mülki şəxs həlak olub.

Reyting.az bildirir ki, yerli polisin nümayəndəsi Şah Pur Əhmədzayın açıqlamasına görə, daha 7 nəfər yaralanıb.

Faciə Məhəmməd Ağa rayonunda baş verib.

Əyalətin şura üzvü Məhəmməd Naser Qayratın verdiyi xəbərə görə, bomba toyun keçiriləcəyi evə yerləşdirilib.

Cinayətkarların hədəfi toy mərasiminin iştirakçıları olub.

Onun sözlərinə görə, bəy və gəlin xəsarət almayıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}