Əfqanıstanda seçki qurbanlarının sayı daha 11 nəfər artıb
Tarix: 21-10-2018 14:12 | Bölmə: Dünya
Əfqanıstanda seçki qurbanlarının sayı daha 11 nəfər artıb

Əfqanıstanda keçirilən parlament seçkilərinin ikinci günü Nanqarhar əyalətində bomba partladılması nəticəsində 11 nəfər həlak olub.

Reyting.az xəbər verir ki, partlayıcı qurğu yola yerləşdirilib.

Əyalətin qubernatorunun nümayəndəsinin sözlərinə görə, ölənlərin 6-sı uşaqdır.

Oktyabrın 20-də Əfqanıstanda keçirilən parlament seçkilərinin birinci günündə hücumlar zamanı 28 nəfərin həlak olduğu bildirilib.

Pajhwok agentliyi isə 44 nəfərin öldüyünü, 238 nəfərin yaralandığı barədə məlumat yayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-10-2018, 18:54 Məsud Bərzani qayıtdı
4-10-2018, 14:28 Deputata hücum etdilər