Beynəlxalq Valyuta Fondunun keçmiş başçısı həbsxanaya göndərildi - Səbəb
Tarix: 25-10-2018 20:31 | Bölmə: Dünya
Beynəlxalq Valyuta Fondunun keçmiş başçısı həbsxanaya göndərildi

2004-cü ildən 2007-ci ilədək Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri, buna qədər İspaniya hökuməti başçısının müavini və iqtisadiyyat naziri ilan Rodriqo Rato Soto-el-Real həbsxanasında oturacaq.

Reyting.az bildirir ki, bu barədə İspaniya Daxili İşlər Nazirliyinin penitensiar müəssisələr üzrə baş katibliyindən məlumat verilib.

Yüksək vəzifəli məmura hökm 2017-ci ilin fevral ayında çıxarılab, lakin hökmdən Ali Məhkəməyə şikayət edilib. Bununla belə, bu instansiya da cəzanı təsdiqləyib.

Rako haqqında çıxarılan hökmün onun nə İspaniya hökumətində, nə BVF-dəki fəaliyyəti ilə heç bir bağlılığı yoxdur. O, 2010-2012-ci illərdə rəhbərlik etdiyi İspaniyanın iri Bankia bankının fondundan məqsədsiz istifadəyə görə mühakimə edilib.

Hesab edilir ki, Rato nümayəndəlik xərclərinin ödənilməsi üçün nəzərdə tutulan korporativ kredit kartlarında istifadə edərək şəxsi ehtiyaclarına təxminən 100 min avro xərcləyib.

Beynəlxalq Valyuta Fondunun keçmiş başçısı həbsxanaya göndərildi

O, geyim, spirtli içkilər, ətriyyat malları alıb və şəxsi restoran hesablarını ödəyib.

Kredir kartlarından nəzarətsiz istifadəyə görə, bankın daha 14 rəhbəri də analoji müddətə cəzalandırılıb.

Bankia prezidentinin yol verdiyi sui-istifadənin üstü ötən onilliyin axırlarında dünyadakı maliyyə böhranı nəticəsində 3 milyard avroya yaxın itirilməsinə görə buradakı auditor yoxlaması zamanı açılıb.

2012-ci ildə iflas həddinə düşən bank milliləşdirilib və Avropa İttifaqının kreditinin köməyi ilə maliyyəsağlamlaşdırılması proqramına cəlb olunub.

Reyting.az





Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}