“Taliban” Əfqanıstanın mərkəzində hərbi bazanı ələ keçirib
Tarix: 04-11-2018 19:02 | Bölmə: Dünya
“Taliban” Əfqanıstanın mərkəzində hərbi bazanı ələ keçirib

“Taliban” radikal hərəkatının yaraqlıları Əfqanıstanın mərkəzindəki hökumət hərbi bazasını ələ keçiriblər.

Reyting.az xəbər verir ki, Uruzqan əyalətinin Tarinkot şəhəri ətrafındakı administrativ mərkəzdə hərbi bazanın ələ keçirilməsini əyalət şurası, eləcə Müdafiə Nazirliyi də təsdiqləyib.

Bununla belə, itkilər barədə məlumat verilmir.

Bu arada “Taliban”ın nümayəndələri Əfqanıstan KİV-nə açıqlamalarında dünən gecə Tarinkot şəhəri yaxınlığındakı hərbi bazanın ələ keçirilməsi zamanı 10 əsgəri öldürdüklərini və 13 hərbçini girov götürdülərini deyiblər.

Bu, həftə ərzində yaraqlıların ələ keçirdiyi ikinci hökumət qüvvələrinin bazasıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}