18:12 / 14-11-2018
Yerevanda atışma
Təbii fəlakət İtaliyada iki ailəni məhv edib
Tarix: 05-11-2018 20:12 | Bölmə: Dünya
Təbii fəlakət İtaliyada iki ailəni məhv edib

Güclü daşqın səbəbindən İtaliyada iki ailə ölüb.

Reyting.az xəbər verir ki, birinci ailənin evinə çoxlu su dolub.

Sel o qədər güclü olub ki, insanlar canlarını qurtara bilməyiblər.

İkinci ailəni sel maşında yaxalayıb. Daşqın qurbanlarının sayı ümumilikdə 30-a çatır.

Təbii fəlakət İtaliyada iki ailəni məhv edib

Birinci böyük ailə nahar yeməyi zamanı faciə ilə üzləşib, nəticədə 9 nəfər həlak olub.

Qonşuların fikrincə, çay sel gəlməzdən əvvəl təmizlənsəydi, faciədən yayınmaq mümkün idi. Yerli sakinlərə təhlükə barədə xəbərdarlıq edilməyib, faciə gözlənilmədən insanları yaxalayıb.

Yalnız üç nəfər: mağazaya həmin vaxt ərzaq almağa gedən ata və ikqızı xilas olub, üçüncü ağaca çıxmağa macal tapıb.

“Mən artıq Cordano ailəsinin qohumları ilə görüşmüşəm. Bu, böyük faciədir”, - İtaliyanın baş naziri Cuzeppe Konte deyib.

Birincidən heç də kiçik olmayan faciə Siiliyanın digər rayonunda baş verib: avtomobili sel aparması səbəbindən kişi və qadın ölüb. Maşında daşqınlar zamanı iş görən yanacaqdoldurma məntəqəsinin əməkdaşının meyitini də tapılıb.

Yalnız Siciliya adasına ziyan dəyməyib. Sel 6 regiona ziyan vurub. İtaliyanın qərb və şimalındakı iki əyalətdə 17 min ev təsərrüfatı elektrik enerjisiz qalıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-10-2018, 18:54 Məsud Bərzani qayıtdı
4-10-2018, 14:28 Deputata hücum etdilər