18:12 / 14-11-2018
Yerevanda atışma
Dağıstanın keçmiş rəhbərinin qardaşına ittiham irəli sürüldü
Tarix: 07-11-2018 19:17 | Bölmə: Dünya
Dağıstanın keçmiş rəhbərinin qardaşına ittiham irəli sürüldü

Rusiyanın İstintaq komitəsi Dağıstan Milli Məclisinin deputatı, respublikanın keçmiş rəhbəri Ramazan Abdulatipovun doğma qardaşı Rəcəb Abdulatipova cinayətkar birlikdə iştirakla bağlı ittiham irəli sürüb.

Reyting.az bildirir istintaqdan verilən məlumata görə, qruplaşma sağlam vətəndaşlara qanunsuz əlillik müəyyənləşdiriləməsi və rüşvət almaqda ixtisaslaşıb.

Əvvəllər bu iş üzrə Dağıstanın tibbi-sosial eskpertiza bürosunun keçmiş rəhbəri Maqomed Maxaçev və onun tabeliyindəki bir neçə nəfər, o cümlədən respublikanın məcburi tibbi sığorta fondunun rəhbəri Maqomed Süleymanov da həbs olunublar.

Cinayət işinə görə şübhəli bilinən Rəcəb Abdulatipov sentyabrın 26-da saxlanılıb və həbs olunub.


Reyting.az




Bölməyə aid digər xəbərlər
25-10-2018, 18:54 Məsud Bərzani qayıtdı
4-10-2018, 14:28 Deputata hücum etdilər