07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Mişel Obama Trampı heç vaxt bağışlamayacağını açıqlayıb - Səbəb
Tarix: 10-11-2018 15:36 | Bölmə: Dünya
Mişel Obama Trampı heç vaxt bağışlamayacağını açıqlayıb

Keçmiş birinci ledi ABŞ prezidentinə münasibətini öz kitabında yazıb

Gələn həftənin ikinci günü ABŞ-da ölkənin keçmiş lideri Barak Obamanın həyat yoldaşı Mişel Obamanın kitabı satışa çıxarılacaq.

Reyting.az xəbər verir ki, kitab “Təşəkkül” adlanır.

Mişel Obama kitabında əri ilə uğura necə nail olmalarından və ailədə münasibətlərin necə qurulmasından yazıb.

Müəllif qeyd edir ki, pərəstişkarları onu dünyada nüfuzlu qadın kimi kimi tərifləyiblər, amma bədxahları “tünd qara qadın” deyiblər.

Bundan əlavə, ABŞ-ın keçmiş prezidentinin həyat yoldaşı etiraf edib ki, heç vaxt Donald Trampı bəzi şeylərə görə bağışlamayacaq. Məsələn, Mişel Obama Barak Obamanın həqiqətən ABŞ-da yox, Keniyada anadan olması, bu səbəbdən Ağ evin rəhbəri postuna iddialı ola bilməməsi ilə bağlı şayiələri necə dəstəklədiyini misal çəkib.

Mişel Obama eyni zamanda xatırladır ki, 20 ildən çox əvvəl uşaq salıb, buna görə əri ilə dəfələrlə münasibətlərinin normallaşmasına yardım üçün psixoterapevtə müraciət etdiklərini də misal çəkib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}