17:17 / 19-03-2019
Nazarbayev istefaya getdi
13:45 / 18-03-2019
Sağ olun, cənab Prezident!
00:22 / 18-03-2019
Ruhumuzu necə xilas etməli?
ABŞ XXI əsrdə müharibələrə 6 trilyon dollar xərcləyib - Araşdırma
Tarix: 15-11-2018 09:40 | Bölmə: Dünya
ABŞ XXI əsrdə müharibələrə 6 trilyon dollar xərcləyib

ABŞ-ın Braunov universitetinin əməkdaşları bu ölkənin müharibələrdə iştirakının necəyə başa gəldiyini hesablayıblar.

Reyting.az xarici mediaya istinadən bildirir ki, araşdırmanın nəticəsinə görə, Vaşinqton 20 ildən az müddətdə bu məqsədlə təxminən 6 trilyon dollar xərcləyib.

Tədqiqatın müəllifi Neta Krouford daha da dəqiqləşdirərək bildirib ki, 2001-ci ildən 2019-cu maliyyə ilinin sonunadək müharibələrə ayrılan və xəsrclənən məbləğ 5,9 trilyon dollar təşkil edib.

ABŞ XXI əsrdə müharibələrə 6 trilyon dollar xərcləyib

Pentaqonun açıqlamasına görə, 2001-ci ildən başlayaraq 2018-ci maliyyə ilinin sonunadək hərbi əməliyyatlara 1,7 trilyon dollara yaxın sərf ediləcək. Bu məbləğə təkcə İraq və Əfqanıstandakı müharibə xərcləri deyil, həm də terrorçuluqla mübarizə üçün nəzərdə tutulan digər ölkələrdəki hərbi əməliyyatlar daxildir.

Lakin Krufordun məlumatına görə, ABŞ-ın Müdafiə Nazirliyinin açıqladığı bu rəqəm müharibə xərclərinin yalnız bir hissəsidir. Dövlət Departamentinin veteranların müalicəsi və təminatı, müharibənin maliyyələşdirilməsi üçün istifadə edilən borclar üzrə faizlər, habelə daxili təhlükəsizlik nazirliyinin xətti ilə terrorçuluğa qarşı mübarizə tədbirləri üçün xərclər də var.

ABŞ XXI əsrdə müharibələrə 6 trilyon dollar xərcləyib

Tədqiqatçıların fikrincə, əgər ABŞ xərcləmələri bu səviyyədə davam etdirərsə, hətta bütün müharibələrin başa çatacağı təqdirdə 2023-cü ildə ümumi xərclər borclar üzrə faizlər nəzərə alınmamaqla 6,7 trilyon dollara çatacaq.

Bundan əlavə, Braunov universitetinin məlumatına əsasən, ABŞ-ın da iştirak etdiyi müharibələr və hərbi əməliyyatlarda (Əfqanıstan, İraq, Suriya və digər ölkələrdə) 480 min insan həlak olub. Onun 244 mini dinc sakinlərdir. Daha 10 milyon insan qaçqın düşüb.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}