Dörd milyon insan Venesueladan qaçıb - Səbəb
Tarix: 20-11-2018 12:22 | Bölmə: Dünya
Dörd milyon insan Venesueladan qaçıb

Prezident Nikolas Maduronun 2013-cü ilin aprel ayında hakimiyyətə gəlişindən sonra ölkəni tərk edən venesuelalıların sayı 4 milyon nəfəri keçir.

Reyting.az bildirir ki, bu haqda Consultores 21 araşdırma şirkətinin məruzəsində qeyd edilir.

Bundan əvvəl BMT-nin qaçqınların işi üzrə Ali komissarlığının idarəsi və miqrasiya üzrə beynəlxalq təşkilat bütün dünya üzrə Venesualadan olan miqrantların sayının 3 milyon nəfər olduğunu açıqlayıb.

Dörd milyon insan Venesueladan qaçıb

Təşkilatın məlumatına görə, Venesueladan olan miqrantlar və qaçqınlar daha çoxunu – 2, 4 milon nəfərini Latın Merikası və Karib hövzəsi ölkələri qəbul ediblər.

Nacional portalı Consultores 21-ə istinadən bildirir ki, bu ilin sonunadək qaçqınların sayı 4,6 milyon nəfərə çata bilər. Venesuelanın ümumi əhalisi 31 milyon nəfərdir.

Dörd milyon insan Venesueladan qaçıb

Maraqlıdır ki, Uqo Çavesin prezidentliyi zamanı (1999-2013-cü illərdə) ölkəni cəmisi 800 min nəfər tərk edib.

Venesuelada uzun müddətdir iqtisadi böhran davam edir. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2018-ci ilin sonunda ölkədə inflyasiyanın səviyyəsi 1 milyon faizə çata bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}