17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Prezidentə xəbərdarlıq edildi - Dini liderə qarşı çıxma!
Tarix: 10-05-2016 16:07 | Bölmə: Dünya


İranda dini lider Əli Xamneyinin rəhbərlik etdiyi mühafizəkarlarla prezident Həsən Ruhaninin başçılıq etdiyi liberallar arasında qarşıdurma genişlənir.

Publika.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, İran Məhkəmə Sisteminin başçısı Sadıq Laricani Həsən Ruhanidən dini liderə qarşı çıxmamasını istəyib.


Qeyd edək ki, İranın dini lideri ötən həftə müəllimlər həftəsi münasibətilə ölkədəki müəllim və pedaqoqları paytaxt Tehrandakı iqamətgahında qəbul edib. O, çıxışında ingilis dilində təhsilin təşviqinə qarşı çıxıb. Xamneyi bəzi yerlərdə fars dilinin əvəzinə ingilis dilinin təşviq edilməsindən təəssüfünü ifadə edib. Dini lider bildirib ki, əsas məsələ heç də xarici dillərin öyrənilməsinə qarşı çıxmaq deyil: "Əsl məsələ xarici mədəniyyətin ölkədəki uşaq və gənclər arasında yayılmamasıdır”.


İran prezidenti isə iki gün sonra müəllimlər həftəsi münasibətilə keçirilən bir başqa tədbirdə bildirib ki, xalq neçə dili öyrənmək istədiyinə özü qərar verməlidir.

Laricaninin sözlərinə görə, dini liderin də söylədiyi kimi, xarici dillərin öyrənilməsinə qarşı deyillər: "Lakin bəziləri bundan mədəni inqilab kimi istifadə edir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}