16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Tramp tərcüməni bəyənməyib qulaqcığını yerə atdı - Foto
Tarix: 30-11-2018 20:52 | Bölmə: Dünya
Tramp tərcüməni bəyənməyib qulaqcığını yerə atdı

ABŞ prezidenti Donald Tramp Argentina dövlət başçısı Maurisio Makri ilə birlikdə keçirdiyi mətbuat konfransında ispanca tərcümə xoşuna gəlmədikdə qulaqcığını çıxarıb yerə atıb.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, Tramp qulaqcığı çıxardığı zaman edilən tərcümədın narahatlığını bildirərək, "Səndən daha yaxşı anlayıram" deyib.

Tramp tərcüməni bəyənməyib qulaqcığını yerə atdı

Baş verən bu hadisədən sonra Tramp illərdir tanıdığı və birlikdə qolf oynadığı Makriyə təriflər yağdırıb: "Sizə illərdir Maurisionun bir dostu olduğumu demək istəyirəm. O gənc bir adam idi. Çox yaxşı bir adamdır. Bir-birimizi çox yaxşı tanıyırıq. Əslində atası ilə da mükəmməl bir dostluğumuz var. Ailəsiylə iş gördüm".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}