17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Dünyada ilk dəfə: Bu ölkədə nəqliyyatda gediş haqqı ləğv olundu
Tarix: 07-12-2018 14:38 | Bölmə: Dünya
Dünyada ilk dəfə: Bu ölkədə nəqliyyatda gediş haqqı ləğv olundu

Lüksemburq hakimiyyəti istənilən ictimai nəqliyyatda gediş haqqını tamamilə ləğv edib.

Reyting.az xəbər verir ki, indiyədək dünyada heç bir ölkədə belə qəzara qəbul edilməyib.

Avtobusda, tramvayda və qatarlarda gediş haqqı gələn yaydan ləğv ediləcək. Hakimiyyət hesab edir ki, onlar ekoloji vəziyyəti yaxşılaşdıracaq və ölkənin paytaxtında tıxacların sayını azaldacaqlar.

Məlumata görə, ölkədə Fransa, Almaniya və Belçika sakinlərinə görə ciddi tıxac problemi yaşanır. Hersoqluğa hər gün 200 minə yaxın insan gəlir.

Lüksemburqun özündə 600 mindən çox insan yaşayır, onların 400 minə yaxını işləmək üçün paytaxta gəlir. Paytaxtda isə yaşayanların sayı 110 minə yaxındır.

Lüksemburqun baş naziri Ksavye Bettel seçki kampaniyası zamanı ətraf mühitlə bağlı problemə xüsusi diqqət ayıracağına vəd verib.

Lüksemburq hökuməti yayda nəqliyyatı uşaqlar və 20 yaşadək yeniyetmələr üçün pulsuz edib. Qalanlar üçün gediş haqqı iki saata görə 2 dollardır və bu müddətdə bütün ölkəni gəzmək mümkündür.

Nəqliyyatda tam pulsuz gediş haqqı ölkələrin çoxunda var, ancaq yalnız şəhərlər səviyyəsindədir. Bütün ölkədə nəqliyyatda gediş haqqının ləğvi ilk hadisədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}