Siyasi böhran hakim koalisiyanın dağılmasına səbəb oldu
Tarix: 09-12-2018 19:35 | Bölmə: Dünya
Siyasi böhran hakim koalisiyanın dağılmasına səbəb oldu

Belçika baş nazirinin müavini və Xarici İşlər Nazirliyinin rəhbəri Didye Reynders dekabrın 9-da “Yeni Flamand alyansı” partiyasının hökumətdən çıxdığını xəbər verib.

Reyting.az bildirir ki, ölkədəki siyasi böhran hakim koalisiyanın dağılması ilə nəticələnib.

“Baş nazir Şarl Mişel krala hökumətin yenidən formalaşdırıldığını elan edəcək”, - Reynders söyləyib.

Niderland dilli Flandriyanın maraqlarını təmsil edən “Yeni Flamand alyansı” son bir neçə həftədə müxalifətə keçəcəyi ilə hədələyib. Koalisiya üzvlərinə miqrantlarla bağlı məsələdə razılığa gəlmək mümkün olmayıb. Baş nazirin rəhbərlik etdiyi “İslahatçı hərəkat” partiyası BMT-nin Miqrasiya paktını imzalamağı bəyənib. “Yeni Flamand alyansı” kəskin buna qarşı çıxıb.

Miqrasiya məsələsini nizamlayacaq BMT-nin sənədinin dekabrın 10-11-də Mərakeşdə imzalanması gözlənilir. Bu sənədə ABŞ-dan başqa BMT-nin üzvü olan ölkələrin hamısı razılıq verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər