Qar fırtınası ABŞ-da 4 nəfəri öldürüb - Fotolar
Tarix: 10-12-2018 12:18 | Bölmə: Dünya
Qar fırtınası ABŞ-da 4 nəfəri öldürüb

ABŞ-ın cənub-şərqində 4 nəfərin meyiti aşkar olunub.

Reyting.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, onların ölüməsinin səbəbi ölkənin bu hisəsində tüğyan edən qar fırtınası ilə izah olunur.

Bundan əlavə, qeyri-sabit hava şəraitinə görə minlərlə təyyarə uçuşu ləğv olunub.

Qar fırtınası ABŞ-da 4 nəfəri öldürüb

Məlumata görə, hava şəraitinə görə, minlərlə ev və müəssisə elektrik enerjisiz qalıb.

ABŞ-ın hava milli xidmətinin verdiyi xəbərə görə, Şimali Karolinada bazar günü tüğyan edən qar fıtrınası Tennesi, Qərbi Virciniya və Cənubi Karolina ştatlarına da çatıb.

Qar fırtınası ABŞ-da 4 nəfəri öldürüb

Cənubi və Şimali Karolinanın sərhədindəki York şəhərində üç gənc kişinin meyti tapılıb. Onların dəm qazından boğularaq öldükləri ehtimal edilir. Yerli hakimiyyət onlarının ölümünə fırtınanın da səbəb olduğunu bildirir.

Qar fırtınası ABŞ-da 4 nəfəri öldürüb

Şimali Karolinada fırtına nəticəsində ağacın avtomobilin üstünə düşməsi səbəbindən sürücü ölüb. Daha iki nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}