17:17 / 19-03-2019
Nazarbayev istefaya getdi
13:45 / 18-03-2019
Sağ olun, cənab Prezident!
00:22 / 18-03-2019
Ruhumuzu necə xilas etməli?
Rusiya ilə ABŞ-ın növbəti casus qalmaqalı başlayıb
Tarix: 02-01-2019 01:28 | Bölmə: Dünya
Rusiya ilə ABŞ-ın növbəti casus qalmaqalı başlayıb

Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən casusluq şübhəsi ilə saxlanmış ABŞ vətəndaşının ailəsi bildirir ki, o günahsızdır və Moskvaya toyda iştirak etmək üçün getmişdi.

Ailəsinin yanvarın 1-də verdiyi məlumata görə, ordudan tərxis edilmiş Paul Vhelanla son dəfə dekabrın 28-də əlaqədə olublar. Ailənin bəyanatında deyilir ki, o, səfərdə olanda da bu qədər müddətdə evlə əlaqəsiz olmurdu:

“Biz onun təhlükəsizliyindən və vəziyyətindən dərindən narahatıq. Onun günahsızlığı şübhəsizdir və biz inanırıq ki, onun hüquqlarına hörmət ediləcəkdir”.

Rusiya mediası yazır ki, təqsiri sübut olunarsa Vhelanı 10 ildən 20 ilədək həbsxana cəzası gözləyə bilər.

David Vhelan “Azadlıq” radiosuna deyib ki, onun qardaşı texniki ehtiyat hissələrinin təchizatı ilə məşğul “BorgWarner” şirkəti ilə “mühafizəçi müqaviləsinə” malikdir.

Rusiyanın dövlət “Rostec” konqlomeratı 2013-cü ildə bildirirdi ki, onun “KamAZ” avtomobil zavodunun “Borg Warner Turbo Systems” kimi tanınan “BorgWarner” şirkəti ilə uzun illər əməkdaşlığı olub.

“Borg Warner” firmasından Paul Vhelanın bu şirkətlə əlaqəsi və həbsinə dair hələlik şərh almaq mümkün olmayıb.

Vhelanın saxlanmasından bir gün əvvəl prezident Vladimir Putin ABŞ prezidenti Donald Trampa Yeni il təbrikində yazırdı ki, Moskva Vaşinqtonla dialoqa hazır olaraq qalır.

ABŞ Dövlət Departamenti bildirib ki, ABŞ vətəndaşının Rusiya hakimiyyət orqanları tərəfindən saxlanmasından xəbərdardır və bu barədə Rusiya Xarici İşlər Nazirliyindən rəsmi bildiriş alıb. Dövlət Departamentinin bu barədə məlumatında deyilir:

“Rusiyanın Vyana Konvensiyası üzrə öhdəlikləri saxlanan şəxsə konsulla təmas verilməsini tələb edir. Biz belə bir təması istəmişik və Rusiya hakimiyyət orqanlarının cavabını gözləyirik”.

Rusiya ilə ABŞ arasında münasibətlər Suriya müharibəsi və Ukraynada münaqişə də daxil bir sıra beynəlxalq məsələlərə görə gərgin olaraq qalır.

Ötən noyabrın sonlarında Tramp Ukrayna gəmilərinin və 24 Ukrayna dənizçisinin Moskva tərəfindən həbsinə etiraz olaraq Putinlə planlaşdırılan görüşünü qəfildən ləğv edib. İki prezident Argentinada keçirilən G20 sammitinin kuluarlarında görüşməli idi.

Vhelanıın saxlanmasından bir neçə həftə əvvəl Rusiya vətəndaşı olan qadın ABŞ məhkəməsi qarşısında Kreml üçün casusluq etdiyini boynuna almışdı.

Maria Butinanın ABŞ Milli Atıcılıq Assosiasiyası və Respublikaçı Partiya ilə əlaqəsi olan nüfuzlu rəsmilərin arasında lobbiçilik fəaliyyəti ilə məşğul olduğuna görə mühakimə edildiyi iddia olunur.

Kreml Butinanın Rusiya agenti olduğuna dair iddiaları rədd edir. Moskva onun azad olunması üçün sosial media kampaniyası aparır. Keçmişdə Rusiyanın məhbus dəyiş-düyüşü etmək məqsədilə əcnəbiləri həbs etdiyi hallar olub.

Putin dekabrın 20-də özünün illik mətbuat konfransında demişdi ki, Rusiya kimisə yalnız sonradan dəyişmək məqsədilə həbs etmir.(Azadlıq radiosu)скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}