14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Çinin əhalisi 70 ildə ilk dəfə azalıb
Tarix: 04-01-2019 19:41 | Bölmə: Dünya
Çinin əhalisi 70 ildə ilk dəfə azalıb

2018-ci ildə Çinin əhalisi 1,27 milyon nəfər azalıb ki, bu da son 70 ildə ilk dəfə baş verib.

Reyting.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, ekspertlər hesablayıblar ki, 2018-ci ildə doğulan uşaqların sayı bir il əvvəlki ilə müqayisədə 2,5 milyon nəfərə düşüb. Proqnozlarda isə bu göstəricinin 790 min artacağı ilə bağlı olub.

Viskonsin universitetinin doğuş üzrə mütəxəssisi Madison Fusyanayanın fikrincə, bu ənənə dönməz ola bilər. O hesab edir ki, bu uşaq doğmaq yaşındakı və təhsil, yaşayış və tibbi yardım üçün pulun çatışmadığı şəraitdə uşaq doğmaq istəyən qadınların sayının azalması ilə bağlı ola bilər.

Çinin Milli statistika bürosu demoqrafiya dinamikası ilə bağlı illik məlumatları yanvar ayının axırında açıqlamağı planlaşdırır. Təşkilatın son informasiyasına görə, 2017-ci ildə Çində 1,39 milyard insan yaşayıb.

Bundan əvvəl səhiyyə üzrə milli komissiyanın mütəxəssisləri deyiblər ki, Çin əhalisinin üçdə birini 2050-ci ildə yaşlı insanlar təşkil edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}