12:13 / 16-02-2019
Alimsayağı sual - Hekayə
Nazir ABŞ-a qarşı kəskin ittiham səsləndirib
Tarix: 29-01-2019 20:18 | Bölmə: Dünya
Nazir ABŞ-a qarşı kəskin ittiham səsləndirib

"ABŞ tərəfindən Venesuelanın PDVSA dövlət neft şirkətinə qarşı sanksiya tətbiq olunması bütün çevriliş cəhdlərinin arxasında neft amilinin durduğuna dəlalət edir".

TASS xəbər verir ki, bunu Venesuelanın xarici işlər naziri Xorge Arreas bildirib.

"Vaşinqton nümayəndələri Venesuelada dövlət çevrilişi cəhdinin yeganə və həqiqi məqsədinin neft olduğuna dair konkret və təkzibolunmaz dəlilləri həyasızlıqla bütün dünyaya nümayiş etdirdilər”, - nazir vurğulayıb.

Xatırladaq ki, yanvarın 23-də Venesuela Milli Assambleyasının sədri, müxalifət lideri Xuan Quaydo paytaxt Karakas şəhərindəki mitinqdə özünü müvəqqəti dövlət başçısı elan edib.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər