16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Konqres prezidentin tələbinə yenə əməl etməyib
Tarix: 11-02-2019 08:56 | Bölmə: Dünya / Xəbərlər
Konqres prezidentin tələbinə yenə əməl etməyib

ABŞ Konqresi Trampın Meksika ilə sərhədə hasar çəkilməsi üçün tələb etdiyi vəsaiti ayırmaqdan növbəti dəfə imtina edib.

Türkiyə mətbuatının xəbərinə görə, bununla da 35 gün fəaliyyət göstərməyən ABŞ federal hökumətinin yenidən bağlanacağı gözlənilir:

“Konqresdə Meksika ilə sərhədə divar çəkilməsi barədə 3 həftə gərgin müzakirələr aparılıb. Lakin bütün görüş və müzakirələr nəticəsiz bitib. Konqresdə üstünlüyə sahib olan demokratlar bu məqsədlə ancaq 2 milyard dollar ayrılmasına razılıq verəcəklərinin üzərində qətiyyətlə dayanır. Tramp isə bu məbləğin az olduğunu və mütləq 5.7 milyard dolların ayrılmasını tələb edir. Ona görə, tərəflər arasında razılaşma əldə etmək mümkünsüz hala gəlib.

Böyük ehtimalla fevralın 15-də bu barədə rəsmi bəyanat yayılacaq. Elə həmin günü də federal hökumətin yenidən bağlanıb-bağlanmayacağına aydınlıq gələcək”.(Strateq.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}