Lavrov: “ABŞ Suriyada qondarma dövlət yaratmaq istəyir”
Tarix: 19-02-2019 21:48 | Bölmə: Dünya
Lavrov: “ABŞ Suriyada qondarma dövlət yaratmaq istəyir”

“ABŞ-ın məqsədi Suriyanı parçalamaq və Fəratın şərq sahilində qondarma dövlət yaratmaqdır”.

Bunu Slovakiya xarici işlər naziri Miroslav Layçakla görüşü zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Başqa sözlə, Suriyanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə bağlı açıqlama ABŞ-ın sadəcə gözdən yayınmaq üçün manevridır. İndiki halda daha aydın şəkildə bəlli olur ki, onların hədəfi Suriyanı parçalayıb, Fəratın şərq sahilində qondarma dövlət yaratmaqdır. Onlar artıq aktiv şəkildə Suriyanın bu hissəsinə vəsait yatırır və öz müttəfiqlərini də məcbur edirlər ki, bu tənzimləmə üçün ödəniş etsinlər”, – deyə o, bildirib.(Axar.az)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}