Müxalifət liderinə 216 il iş verildi - Səbəb
Tarix: 20-02-2019 01:35 | Bölmə: Dünya
Müxalifət liderinə 216 il iş verildi

Nikaraqua məhkəməsi 2018-ci ildə hakimiyyət əleyhinə etirazlarda iştitrak edən müxalifət lideri Medardo Mayrena barəsində 216 il 3 ay hökm çıxarıb.

Reyting.az xarici mediaya istinadən xəbər verir ki, Mayrena Nikaraquada transokean kanalının tikintisinin əleyhinə və torpağı kəndlilələrə saxlamağın lehinə çıxış edən kəndli hərəkatının lideridir.

Bağlı qapılar arxasında keçirilən məhkəmə prosesində hökm bir sıra ittihamlar, o cümlədən terrorçuluq və qətl təşkil etməklə bağlı çıxarılıb.

Mayrenadan başqa, daha iki müxalifətçi – Pedro Mena və Luis Orlando İkabalseta barəsində də hökm çıxarılıb. Onlar müvafiq olaraq 210 və 159 il azadlıqdan məhrum olunublar.

Qeyd edilir ki, onların hər biri 30 il həbsxanada oturacaq, çünki bu müddət Nikaraqua qanunlarına görə maksimum hesab olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}