17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Şimali Koreya lideri Trampla görüşə zirehli qatarla getdi
Tarix: 24-02-2019 02:24 | Bölmə: Dünya
Şimali Koreya lideri Trampla görüşə zirehli qatarla getdi

Koreya Xalq Demokratik Respublikasının lideri Kİm Çen In ABŞ prezidenti Donald Trampla görüşə zirehli qatarla yollanıb.

Reyting.az xarici mediaya istinadla bildirir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.

Mənbənin məlumatına görə, qatar Pxenyan dəmir yolu vağzalından fevralın yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 12:00) yola düşüb. Kim Çen Inın tranzitlə Çindən keçməklə gedəcəyi ehtimal olunur.

Dəmir yolu marşrutunun ümumi uzunluğu 4,5 min kilometrdən çoxdur. Məlumata görə, yol iki sutkadan çox çəkə bilər.

Tramp və Kim Çen Inın görüşü Vyetnamım paytaxtı Hanoyda fevralın 27-28-də keçiriləcək.

Birinci ABŞ-KXDR sammiti 2018-ci il iyun ayının 12-də Sinqapurda baş tutub. Nəticədə tərəflər KXDR-in tamamilə denuklearizasiyaya hazır olmasından söhbət gedən birgə bəyanatla çıxış ediblər. ABŞ cavab olaraq Pxenyana təhlükəsizlikk qarantiyası öhdəliyi götürüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}