PKK tərəfdarları Strasburqda qarşıdurma yaradıblar - Yaralılar var
Tarix: 26-02-2019 09:15 | Bölmə: Dünya
PKK tərəfdarları Strasburqda qarşıdurma yaradıblar

PKK terror təşkilatının azı 43 tərəfdarı Strasburqda Avropa Şurasının binası qarşısında təşkil edilmiş etiraz aksiyası zamanı polislə toqquşma yaratdığına görə saxlanılıb.

“Anadolu” agentliyinin məlumatına görə, terrorçuların rəhbəri Abdulla Öcalanın həbsdə saxlanma şəraitindən narazı olan aksiya iştirakçıları asayiş keşikçilərinə hücum ediblər. Etirazçılar polis əməkdaşlarına daş atıblar, binaların qapı və pəncərələrini sındırıblar, həmçinin zibil konteynerini yandırıblar. Qarşıdurma zamanı üç polis yaralanıb.

Jurnalistlər qarşısında çıxış edən Avropa Şurasının kommunikasiyalar üzrə direktoru Daniel Holtqen terrorçuların tərəfdarlarının hərəkətlərini vandalizm adlandırıb. "Hər kəs dinc nümayiş keçirmək hüququna malikdir, amma zorakılıq və vandalizm yolverilməzdir”, - deyə o bildirib.

Hadisə ilə əlaqədar aksiyanın keçirildiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Daha əvvəl Almaniyada terrorçu PKK qruplaşmasına məxsus olan iki şirkət bağlanıb.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}