17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Prezident Avropanı Rusiyaya qarşı mübarizəyə çağırır
Tarix: 10-03-2019 11:38 | Bölmə: Dünya / Xəbərlər
Prezident Avropanı Rusiyaya qarşı mübarizəyə çağırır

Latviya prezidenti Raymonds Veyonis Avropa dövlətlərini Rusiyanın aqressiyasına qarşı birləşməyə çağırıb.

Xarici agentliklər xəbər verir ki, Latviya lideri bu çağırışını Almaniyanın “Der Spiegel” qəzetində vurğulayıb.

“Bizim bir gün Rusyanın Ukraynada törətdiyi kimi, hər hansı Avropa ölkəsinə hücum etməsi halında onu durduracaq etibarlı faktorlara ehtiyacımız var. Avropa bu məsələdə vahid olmalıdır”, - deyə R. Veyonus bildirib.

Prezident rəsmi Moskvanın Latviya əhalisi üzərindəki təsirinin görməzdən gəlinməyəcəyini vurğulayıb. Ona görə ki, Latviyada çoxlu sayda ruslar yaşayır və onlar əsasən Rusiyanın dövlət kanallarına baxmağa üstünlük verirlər.

Onun fikrincə, məhz bu cür vətəndaşlar Kremlin qara təbliğat vasitələrinin təsirinə daha tez düşürlər. Bundan başqa, onlar ölkədə latış dilində təhsilə qarşı sərt çıxışlar edirlər.

Veyonis ölkəsində yerləşən NATO bazasının onlar üçün sakitləşdirici və özünə əminlik effekti törətdiyini bildirib. O, Avropa Birliyi və NATO-nun münaqişə halında Latviyanı dəstəkləyəcəyinə əmin olduğunu ifadə edib.

Bütün bunlara rəğmən prezident, Rusiya və Latviya arasında iqtisadi bağların sıxlığına diqqət çəkib.

Latviya lideri Kremlin Avropa Parlamentində rusiyapərəst qüvvələri yerləşdirməyə və bununla Avropanı parçalamağa cəhd göstərəcəyini bildirib.

Bu səbəbdən o, Birlik ölkələrini Avropa Parlamentinə keçiriləcək seçkilərə çox ciddi hazırlaşmağa və vəziyyətin həssaslığını dərk etməyə çağırıb.(Musavat.com)




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}