Bəşər Əsəd dəyişikliyə hazırlaşır
Tarix: 26-05-2016 16:27 | Bölmə: Dünya


Bir müddətdir müzakirə edilən Suriyanın yeni konstitusiya layihəsinin Rusiya tərəfindən tamamlandığı və tərəflərə təqdim edildiyi iddia edilir.

Məlumata görə, yeni konstitusiya ilə Bəşər Əsədin səlahiyyətləri azaldılır və hakimiyyət gücü Nazirlər Kabinetinin xeyrinə yenidən qurulur.

Bu barədə Livanda fəaliyyət göstərən "Əl-Əhbər” qəzeti məlumat yayıb.

Rusiya tərəfindən hazırlanan qanun layihəsində diqqətçəkən digər məqamlar da var. Konsitutsiyanın ilk maddələrində Suriya Ərəb Respublikası adı dəyişdirilərək Suriya Respublikası ilə əvəz edilir. Bir başqa ifadə ilə hazırki konstitusiyaya hakim olduğu bildirilən "sosialist və milliyyətçi" dil dəyişir. Eləcə də Konstitusiya andındakı, "sosial ədalət və ərəb millətinin birliyi üçün çalışmaq" hissəsi də ləğv edilərək, onun yerinə "Sərbəst iqtisadiyyat" və "vətənpərvərlik" terminləri yer alır.

Yeni konsitutsiya iləbirlikdə rəsmi dil ərəb dili ilə yanaşı əyalətlərdə yaşayan etnik azlıqların dillərinin də istifadəsi qanuni olaraq qüvvəyə minir.

ABŞ və Rusiyanın birlikdə hazırladığı kostitusiya layihəsinin avqusta qədər tamamlanması planlaşdırılır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}