Sərnişin avtobusu yandı: 20 nəfər öldü
Tarix: 01-04-2019 10:57 | Bölmə: Dünya
Sərnişin avtobusu yandı: 20 nəfər öldü

Perunun mərkəzi hissəsində içərisində sərnişinlərin olduğu avtobus yanıb.

Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, yanğın zamanı ən azı 20 nəfər həlak olub.

Dəhşətli hadisə martın 31-də gecə saatlarında Limanın mərkəzi regoinundakı San-Martin-de-Porres rayonunda qeydə alınıb.

Avtovağzalda dayanan ikimərtəbəli avtobus yanıb. Bundan əvvəl nəqliyyat vasitəsinin arxa hissəsində partlayış olub. Buna görə ikinci mərtəbəki sərnişinlər aşağı enib çölə çıxa bilməyiblər.

Bundan əlavə, yanğın nəticəsində 7 sərnişin də yaralanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}