16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“LukOYL”un azərbaycanlı rəhbəri Putinə söz verdi
Tarix: 16-04-2019 18:01 | Bölmə: Dünya
“LukOYL”un azərbaycanlı rəhbəri Putinə söz verdi

“Lukoyl”un baş direktoru Vahid Ələkbərov Rusiya prezidenti Vladimir Putinə şirkətdəki işlərin vəziyyəti barədə məruzə edib və benzinin qiymətinin sabit qalacağına vəd verib.

Reyting.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Ələkbərovun sözlərinə görə, “Lukoyl”un bütün müəssisələrində kompleks modernləşdirmə aparılıb.

Zavodlarda yalnız ən yüksək ekoloji dərəcəli Evro-5 benzini istehsal olunur.

- Qiymətin stabilliyi 2019-cu il üçün təmin olunub, - neft şirkətinin rəhbəri əminliklə vurğulayıb.

Bundan əvvəl Ələkbərov etiraf edib ki, Rusiyanın neft-qaz sənayesinə qarşı sanksiyalar “Lukoyl”un da işinə mənfi təsir göstərib, llakin şirkət artıq onlara uyğunlaşa bilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}