Hindistanda təbii fəlakət nəticəsində 64 nəfər ölüb
Tarix: 18-04-2019 11:10 | Bölmə: Dünya
Hindistanda təbii fəlakət nəticəsində 64 nəfər ölüb

Hindistanın mərkəzi, şimal-qərb və qərb regionların leysan və tozlu tufan tüğyan edir.

Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, ən azı 64 nəfər təbii fəlakətin qurbanı olub.

Radjastxan ştatında əlverişsiz hava şəraiti səbəbindən 25, Madxya-Pradeş ştatında 21 nəfər həlak olub. Bundan əlavə, Qudjarat, Pəncab, Maxaraştra və digər ştatlarda da ölənlərin olduğu bildirilir.

Ölümlərin çoxuna ildırım vurması, ağacların aşması, elektik vurması səbəb olub.

Bundan əvvəl isə Radjastan ştatında toz tufanı baş verib. Təbii fəlakəti paytaxt Dehliyə qədər çatdığı bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}