Lukaşenko 3-4 uşağı olmayanın nazir işləməsinin əleyhinədir
Tarix: 19-04-2019 17:02 | Bölmə: Dünya
Lukaşenko 3-4 uşağı olmayanın nazir işləməsinin əleyhinədir

Belarus lideri Aleksandr Lukaşenko kimin çox uşağı yoxdursa nazir işləməyə alınmamasını təklif edib.

Reyting.az-ın Belarus mediasına istinadla verdiyi xəbərə görə, Lukaşenko deyib ki, demoqrafik göstəricini yaxşılaşdırmaq vacibdir. O, ölkədə yaranmış vəziyyəti dəyişdirməklə bağlı ideya da təklif edib.

“Üç, yaxud dörd uşağın yoxdursa – nazir, yaxud başqa vəzifədə işləyə bilməz”, - Lukaşenko əlavə edib.

Lukaşenko ruhanilərin niyə uşaqlarının olmadığını başa düşmədiyini də deyib.

“Kilsələrdə hansısa formada islahat aparmaq lazımdır: bu düzgün deyil, adam ailə dəyərlərini təbliğ edir, ancaq özünün ailəsi yoxdur, ona kilsə ailə sahibi olmağa icazə vermir”, - Belarus prezidenti vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}