16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Dəfn mərasiminə gedən Ərdoğana hörmətsizlik edildi – Prezident ölkəsinə qayıdır
Tarix: 10-06-2016 11:18 | Bölmə: Dünya / Xəbərlər


Əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasiminə qatılmaq üçün ABŞ-a yollanan Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan səfərini yarıda kəsərək ölkəsinə qayıtmağa qərar verib.

Reyting.az Türkiyə saytlarına istinadən xəbər verir ki, Ərdoğan cümə günü torpağa basdırılacaq Məhəmməd Əlinin dəfninə qatılmayacaq. Cümə axşamı ahsıxa türklərinin təşkil etdiyi iftar süfrəsindən sonra Türkiyəyə qayıdacaq. Buna səbəb Ərdoğana edilən hərəkətin xoş qarşılanmaması olub. Çünki Məhəmməd Əlinin məzarı üstünə Kəbə örtüyündən bir parça qoymaq istəyən Ərdoğana rədd cavabı verilib. Bunu özlərinin edəcəklərini deyərək, parçanı Ərdoğandan alıblar.

Ərdoğan və DİN rəhbəri Mehmet Görmezin Qurani-Kərimi oxumaq istəyinə də etiraz edən dəfnin təşkilatçıları Türkiyə prezidentinə qarşı hörmətsizlik ediblər. Bunu əsas gətirən, Ərdoğan səfərini yarıda qoyub geri qayıdacağını deyib.

Dəfn namazı qılınan zaman isə türkiyəli cangündənlərlə onların amerikalı həmkarları arasında qarşıdurma yaşanıb.

Bir neçə gün öncə Ərdoğanın Məhəmməd Əlinin vida mərasimində çıxış etməyəcəyi də deyilib. Boksçunun ailəsinin sözçüsü Bob Qunnell çıxış edəcək şəxslər siyahısında xaricdən gələn qonaqlara yer ayrılmadığını bildirib.

Qunnell belə olan halda prezident Ərdoğan və İordaniya kralı 2-ci Abdullahın çıxışlarının proqramdan çıxarıldığını bildirib.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}