İsrail-Türkiyə konflikti həllini tapdı – Baş nazir razılaşmanı təqdim etdi
Tarix: 27-06-2016 17:45 | Bölmə: Dünya / Xəbərlər


Bu gün İsrail baş nazir Benyamin Netanyahu Romada keçirdiyi xüsusi mətbuat konfransında Türkiyə ilə münasibətləri normallaşdıracaq razılaşmanı təqdim edib.

Reyting.az-ın məlumatına görə, bu barədə Modern.az xarici KİV-lərə istinadən xəbər verib. Məlumatda bildirilir ki, razılaşma 2010-cu ildə "Mavi Mərmərə” gəmisinə edilən hücumdan sonra iki ölkə arasında dondurulan münasibətləri yenidən canlandıracaq.

"Bu razılaşma çox çətin dövrdə regiona stabilliyi qaytarmağa hesablanıb”,- deyə İsrail baş nazir bildirib.

Eyni zamanda, Ankarada Türkiyə baş naziri Binəli Yıldırım da xüsusi bəyanatla çıxış edib.

Razılaşmanın İsrail hökuməti və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən təsdiqi gözlənilir.

İyulun 1-dən etibarən Türkiyədən gedən humanitar yüklər İsrailin Aşdod limanında baxışdan keçirildikdən sonra Qəzza sektoruna buraxılacaq.

Bundan başqa, İsrail "Mavi Mərmərə” gəmisinə hücum zamanı həlak olan 9 Türkiyə vətəndaşına görə onların ailələrinə 20 milyon dollar kompensasiya ödəyəcək.

Əvəzində isə Türkiyə məhkəməsi İsrail həbrçiləri barədə həbs qərarını ləğv edəcək.

Bundan başqa, yaxın aylarda hər iki ölkənin səfirləri diplomatik öhdəliklərinin icrasına başlayacaq.

 





Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}