14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
“Qənaət siyasəti Avropa Birliyini dağıdacaq” – Baş nazir
Tarix: 29-08-2016 12:10 | Bölmə: Dünya / Xəbərlər


Yunanıstan baş naziri Aleksis Çipras ölkəsinin borcunun azaldılmasını və Almaniya tərəfindən diktə edilən qənaət siyasətinin ləğv edilməsini tələb edib.

Reyting.az Axar.az istinadən xəbər verir ki, Çipras verdiyi açıqlamasında Avropanın cənubunda işsizliyin rekord həddə çatdığı bir zamanda Berlinin Avropanın qənaət kassası kimi davranmasını qəbul etməyəcəklərini bildirib.

Belə davam edəcəyi təqdirdə Avropadakı seçki və referendumlardan mənfi nəticələr çıxacağını deyən yunan baş nazir bildirib ki, qənaət siyasəti Avropa Birliyinin dağılmasına gətirib çıxaracaq.

Çipras işsizliklə mübarizə üçün şimal ölkələrinin cənubdakı dostlarına maliyyə yardımı etməsinin vacibliyini vurğulayıb.





Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}