ABŞ iki nəfərə sanksiya tətbiq etdi
Tarix: 29-01-2016 19:19 | Bölmə: Dünya

ABŞ Maliyyə Nazirliyi Livanın Məhəmməd Nurəddin və Hamdi Zahir adlı iki vətəndaşına qarşı sanksiya tətbiq edib.

Reyting.az Strateq.az-a istinadən xəbər verir ki, bu şəxslər «Hizbullah» terror təşkilatını maliyyələşdirməkdə şübhəli bilinirlər.

Vaşinqton onların hər ikisinin ABŞ-dakı aktivlərini dondurub və Amerika vətəndaşlarına bu şəxslərlə maliyyə əməliyyatları həyata keçirmək qadağası qoyub:«Bu şəxslər «Hizbullah»ın xeyrinə «çirkli pulların yuyulması» ilə məşğuldular. Məhəmməd Nurəddin özünün «Trade Point International S.A.R.L.» şirkətindən bu məqsədlə istifadə edib. Onun nəzarətində olan şəbəkələr Asiya, Avropa və Yaxın Şərqdə «çirkli pulları yumaqla», «qara bazarda» valyuta mübadiləsi ilə və başqa maliyyə maxinasiyaları ilə məşğuldur. Müştərilər arasında «Hizbullah»ın üzvləri və maliyyə strukturları da var».





Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}