Kəşfiyyatın və polisin keçmiş rəhbərləri həbs edilib
Tarix: 27-09-2016 12:52 | Bölmə: Dünya / Xəbərlər


Reyting.az saytı "Le Monde" qəzetinə istinadla bildirir ki, Fransanın sabiq prezidenti Nikola Sarkoziyə yaxınlığı ilə tanınan və haqqında açılan bir çox cinayət işləri, o cümlədən gizli məlumatları faş etmək ittihamı ilə 2014-cü ildə barəsində hökm çıxarılan Daxili kəşfiyyat Xidmətinin sabiq müdiri Bernar Skuarcini həbs edilib.

Paris polisinin sabiq müdiri Kristian Flaeşin də həbs edildiyi söylənilir. Onunla bərabər F.Sarkozinin kabinə müdiri Mişel Qoden də istintaqa cəlb olunub.

Fransız mediası keçmiş prezidentə yaxın üç məmurun yaxalanması ilə bağlı müxtəlif fərziyyələr irəli sürür.

Kəşfiyyat xidmətinin eks-şefi B.Skuarcininin adı 2007-ci ilin prezident seçkiləri kampaniyasına mərhum Liviya lideri Müəmmer Qəddafinin maliyyə dəstəyi verməsi iddiaları səsləndikdən sonra gündəmə gəlmişdi.

 

 





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}