23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Çin casusları ABŞ-ın məxfi planlarını açır - Hesabat hazırlanır
Tarix: 28-10-2016 12:08 | Bölmə: Dünya / Xəbərlər


Çin casusları dəfələrlə ABŞ-ın milli təhlükəsizlik qurumları sıralarına daxil olaraq Pentaqonun Çinlə mümkün münaqişəyə dair məxfi planlarını açmağa nail olublar.

"RİA Novosti”nin məlumatına görə ki, bu barədə "Washington Free Beacon” nəşri Konqres komissiyasının hesabatına istinadən məlumat yayıb.

Sənəd layihəsində qeyd olunur ki, Federal Təhqiqatlar Bürosu və ABŞ-ın Sakit okean komandanlığı (USPACOM) kimi qurumlar Çin casuslarının hədəfi olub.

Pentaqon nümayəndələri qeyd edirlər ki, ən səs-küylü casus qalmaqalı USPACOM-un polkovnik-leytenantı Benjamuin Purs Bişopla bağlıdır. O, 2014-cü ilin martında münasibətdə olduğu çinli qadına məxfi materiallar ötürdüyünü etiraf edib.

USPACOM-un bir neçə vəzifəli şəxsinin Çin kəşfiyyatına işlədiyi bildirilib.

Hesabata əsasən, FTB IT şöbəsinin əməkdaşı Kun Şan Co Çun ABŞ-ın müşahidə sahəsindəki yeni texnologiyaları barədə məlumatların Çin tərəfinə ötürdüyünü etiraf edib.

"Onların əldə etdikləri məlumatlar arasında 5,6 mln. barmaq izləri var. Onların vasitəsilə ABŞ kəşfiyyatına çalışan casusları identifikasiya etmək mümkündür”, - sənəddə deyilir.

Nəşrin məlumatına görə, hesabatın tam mətni noyabrın 16-da dərc ediləcək. (Moderator.az)

 





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}