İran Xəzər dənizində yükdaşımaları artıracaq
Tarix: 01-11-2016 17:19 | Bölmə: Dünya / Xəbərlər

 


İranın Xəzər dənizi Gəmiçilik Şirkətinin başçısı Əli Əkbər Qonce Xəzər dənizində yükdaşımaların artacağını dilə gətirib.

Reyting.az xəbər verir ki, Ə.Ə.Qonce yaxın gələcəkdə neft və qeyri-neft məhsullarının ixracatının başladılacağını bildirib.

Şirkət rəhbərinin sözlərinə görə, hazırda İranın Xəzər dənizi nəqliyyatında payı 35 faizdir. O bu rəqəmin əhatəli bir proqram çərçivəsində iki ildə 50 faizə qədər yüksələcəyini deyib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}