23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Donald Tramp: “Rusiyaya qarşı sanksiyalar daha sərt olacaq”
Tarix: 10-11-2016 16:59 | Bölmə: Dünya / Xəbərlər


 İki gündür ki, Rusiyada bir sıra siyasətçilər Trampın seçilməsinə görə bayram edir. ABŞ prezidentini ilk təbrik edənlərdən biri Rusiya prezidenti Vladimir Putin olub. Dünən bu münasibətlə LDPR-in lideri Vladimir Jirinovski "Vesti”nin canlı efirində şampan içib, bu qələbə münasibətilə Rusiya xalqını təbrik edib.

Lakin Tramp növbəti dəfə sürpriz açıqlama verib. Seçki kampaniyası dövründə Rusiya ilə ABŞ-ın münasibətlərini yaxşılaşdıracağını deyən Tramp seçildikdən sonra tam fərqli mövqe sərgiləyib.

Donald Tramp bu gün CNN-ə müsahibə verib. Bizimyol.info bildirir ki, siyasi icmalçı Farid Zakariyyanın suallarını cavablandıran D.Tramp bildirib ki, o, İŞİD-i məhv edəcək: "İŞİD-i məhv edəcəyik, Rusiyanın Krım və Donbassdakı işğalçı hərəkətlərinə sanksiyaların götürülməsindən söhbət belə gedə bilməz. Hətta Moskvaya qarşı sanksiyalar daha sərt olacaq və onu Şimali Koreya kimi təcrid edəcəyik”.

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}