Vladimir Putin: “Qərbin demokratiya anlayışında problem mövcuddur”
Tarix: 24-11-2016 10:20 | Bölmə: Dünya / Xəbərlər

"Qərb toplumunun demokratiya anlayışında problem var".

Bunu Rusiya prezidentiVladimir Putin Avropa Parlamentində Rusiya KİV-lərinə qarşı qəbul edilən qətnaməyə münasibət bildirərkən deyib.

"Əgər həqiqətən də belə bir qərar qəbul edilibsə, deməli, Qərbin demokratiya anlayışında problem mövcuddur.

Bizə demokratiyanı öyrətməyə çalışdılar və hələ də buna davam edirlər. Demokratiya müəllimlərindən nəyəsə qadağa qoyulmasının ən yanlış yol olduğunu, bunun demokratik norma vəprinsiplərə uymadığını eşitdik. Biz sonunda hər hansı məhdudiyyətin tətbiq edilməməsini arzulayırıq”, - deyə Kreml rəhbəri bildirib(Axar.az).

Qeyd edək ki, Avropa Parlamenti üçüncü tərəfin təbliğatına qarşı fəaliyyət haqqında qətnamə qəbul edib. Qətnamədə Rusiya və İŞİD təbliğatı Avropa Birliyi ölkələrinin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və vətəndaşlarına qarşı təhdid kimi qəbul edilir. Həmçinin AP Rusiyanın AB ölkələrindəki müxalifət partiyalarına və təşkilatlara maliyyə dəstəyi göstərdiyini qeyd edib.





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}